

Artist haqqında
Ülkər Sadıxova 1990-cı ildə Bakı şəhərində anadan olub. 175 saylı orta məktəbi bitirdikdən sonra Şuşa Musiqi Kollecinə daxil olub. Kollecin fortepiano və musiqi nəzəriyyəsi ixtisası üzrə təhsil alıb. Təhsilini başa vurduqdan sonra bir il Şuşa Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərib. Uşaqlıqdan vokal və fortepiano ilə məşğul olan Ülkər musiqi fəaliyyətini bu gün də davam etdirir. Müxtəlif məkanlarda, tədbirlərdə və korporativ mərasimlərdə müğənni kimi çıxış edir. Repertuarına Azərbaycan, rus, türk və ingilis dillərində estrada, pop, soul, lirik və digər musiqi janrlarında mahnılar daxildir.
İfa dilləri
Azərbaycan diliTürk diliRus diliİngilis dili
Videolar
Qalereya

Kəşf et
Bütün artistlər


